12 
Noy
2019
04:58
175
10
7259
Virtual karabakh

Yeni “Volvo S60”: təhlükəsizliyin zirvəsində - FOTO

Volvo S60-da artım var: bu sedanların 3-cü xəttini “Momentum” adlandırıblar.

Oxu.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Volvo S60” baza komplektində 2 400 000 rubla (65 min manat) başa gələcək. Bu məbləğə qabaq ötürücü, 8- pilləli avtomat qutu və T4 benzin mühərriki də (190a.g.) daxildir.

“S60” dizel motorsuz ilk modeldir. “City Safety” təhlükəsizlik sistemi “S60”ın baza komplektinə daxildir. Bu sistem avtomobilləri, piyadaları, velosipedçiləri və iri heyvanları yolda tanıyır və təhlükə yarandıqda avtomatik tormozlanma tətbiq edir.

Avtomobilin standart təchizatına həmçinin yoldan çıxmanın qarşısını alma sistemi, qarşı tərəfdən hərəkət  zolağına çıxmanın qarşısını alma sistemi də daxildir.

Həmçinin baza təchizatında Sensus informasiya-əyləndirici sistem, avtomobilin funksiyalarını  mobil əlavə vasitəsilə məsafədən idarə edə bilən “Volvo on Call” sistemi təklif edilir.

Ilk “Momentum”lar 2020-ci ilin əvvəlində satışa çıxarılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri