30 
Dek
2019
05:28
211
48
21937
Virtual karabakh

UAZ ev-maşın buraxmaq niyyətindədir – FOTO

30 Dek, 2019
05:28
21937

UAZ ev-maşın buraxmaq niyyətindədir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın UAZ avtomobil şirkətinin sosial şəbəkələrdəki səhifələrində maraqlı sorğuya rast gəlmək olar.

Oxu.Az xəbər verir ki, istifadəçilərə məşhur UAZ-2206 modeli əsasında “təkər üzərində ev” layihəsini qiymətləndirmək və onun təxmini qiymətini müəyyənləşdirmək təklif olunub.

Layihə UAZ-ın Niderlanddakı bölümünün kreativ işidir və payızda Utrextdəki sərgidə nümayiş etdirilib.

“VKontakte” sosial şəbəkəsində ev-maşının müxtəlif kompüter renderləri göstərilib. UAZ həmçinin mikroavtobusda əlavə opsiyalar haqda düşünür: əlavə yataq yeri və miçətkən də təklif olunur.

Sorğu iştirakçıları yenilənməyə görə əlavə 100 min rubl (2,7 min manat) ödəməyə hazır olduqlarını bildiriblər.    

Qeyd edək ki, hazırda Rusiya avtomobil sənayesinin veteranı sərnişin modifikasiyasında 721 900 rubla (19,7 min manat) təklif olunur.

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri