15 
Apr
2021
17:36
76
239
19928
Virtual karabakh

Rusiyada BMW-nin satışı dayandırıldı: Mühərriklərdə defekt aşkarlanıb

15 Apr, 2021
17:36
19928

Rusiyada BMW-nin satışı dayandırıldı: Mühərriklərdə defekt aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada rəsmi dillerlər mühərrikdə aşkarlanan problem səbəbilə dizellə çalışan yeni BMW-lərin müştərilərə təhvil verilməsini dayandırıb.

Üç litr mühərrik həcminə malik avtomobillərin porşenində istehsal defekti aşkarlanıb. Sözügedən defektin güc aqreqatorunun sıradan çıxmasına səbəb ola biləcəyi qeyd olunur.

“BMW Group”un Rusiya nümayəndəliyi “Autonews” nəşrinə açıqlamasında bildirib ki, problem 2021-ci ilin fevral və mart aylarından istehsal olunan avtomobillərdə qeydə alıb. Ümumilikdə Rusiyada 508 defektli avtomobil gətirilib ki, onların da hər birinin mühərrikinin dəyişdirilməsi nəzərdə tutulur.

Avtomobillərin təhvil verilməsinin nə qədər gecikəcəyi, hansı modellərdə defektli mühərriklərin olması, avtomobillərin geri çağırılıb-çağırılmayacağı bəlli deyil. X3, X4, X5, X6 və X7 krossoverləri, “6-cı seriya Gran Turismo” liftbeki, həmçinin Rusiya bazarı üçün 3,5,7-ci seriya sedanları B57D30 turbodizellə təchiz olunub.

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri