31 
Dek
2021
07:39
95
25
3376
Virtual karabakh

“Citroen” cinsi təqibə görə reklam çarxını sildi

31 Dek, 2021
07:39
3376

“Citroen” cinsi təqibə görə reklam çarxını sildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Citroen” Misirdə geniş yayılmış reklam çarxını cinsi təqib təbliğatı ittihamlarından sonra silməyə məcbur olub.

Fransız avtomobil istehsalçısının tanınmış müğənni Amir Diabın iştirakı ilə çəkdiyi reklam çarxı Misir ictimaiyyətinin mənfi reaksiyasına səbəb olub. Şirkət dekabrın 30-da videonu sosial şəbəkələrdəki rəsmi hesablarından və videohostinqindən silib.

Videoda 60 yaşlı pop ulduz avtomobilin arxa güzgüsindəki kameradan istifadə edərək maşının qarşısından yolu keçən qadının gizli şəklini çəkir. Daha sonra isə qadını öz maşınına oturmağa dəvət edir. Burada qadının onun fotosunun çəkilməsinə razılıq vermədiyini bildirən izləyicilər reklam çarxında cinsi təqibin təbliğ edildiyini vurğulayıblar.

“Biz reklam çarxının bu versiyası ilə hislərinə toxuna biləcəyimiz hər kəsdən səmimi qəlbdən üzr istəyirik”,- deyə “Citroen”in “Instagram” hesabından bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri