19 
Apr
2022
06:40
216
13
5411
Virtual karabakh

ABŞ-da “Ferrari”dən iki dəfə baha zibil maşınının istehsalına başlanıldı - FOTO/VİDEO

19 Apr, 2022
06:40
5411

ABŞ-da “Ferrari”dən iki dəfə baha zibil maşınının istehsalına başlanıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın ağır texnika istehsalçısı “Mack” şirkəti batareyalı “LR Electric” zibil daşıyan istehsal etməyə başlayıb. Yeni maşın 376 kilovat-saat tutumlu dartma akkumulyatoruna və 454 at gücünə malik ikimühərrikli elektrik stansiyasına malikdir, maksimal güc ehtiyatı 160 kilometrdir.

Elektrikli zibil maşınının qiyməti isə hər kəsi təəccübləndirib: “Mack LR Electirc” yarım milyon dollara başa gələcək. Bu isə təxminən 220 min dollara başa gələn “Ferrari Roma”dan iki dəfə bahadır.

Bununla belə, mütəxəssislərin hesablamalarına görə, “Mack LR Electric”in istismarı ilə dizel yanacağına ildə 40 min dollara (68 000 manat) qədər qənaət mümkündür.

Mənbə: Motor.ru

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri