İyn
2022
05:39
133
26
3077
Virtual karabakh

Dubayın hakim ailəsinin üzvü tiltrotop idarə edən ilk qadın oldu - FOTO/VİDEO

1 İyn, 2022
05:39
3077

Dubayın hakim ailəsinin üzvü tiltrotop idarə edən ilk qadın oldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dubayın hakim ailəsinin üzvü Moza bint Mərvan Əl Maktum AW609 tiltrotor (konvertoplan) idarə edən ilk qadın oldu.

Məlumata görə, Dubay polisinin ilk qadın baş leytenantı da hesab edilən Şeyxa Moza tiltrotoru bir saat ərzində idarə edərək “Leonardo” şirkətinin Filadelfiyadakı qərargahına yollanıb.

Qeyd edək ki, tiltrotor - dönən motor qapağı və ya motor səbətinə bərkidilmiş bir və ya birdən çox rotorun yaratdığı itələmə və daşıma qüvvələri ilə hərəkət edən hava nəqliyyatı vasitəsidir. Şaquli olaraq qalxıb-enə, həmçinin helikopter kimi havada sabit qala bilir, bu zaman turbopərvanəli təyyarə kimi rahat olur.

Tiltrotor saatda 500 km sürətlə uça bilir. Ondan təcili tibbi yardım xidmətləri, axtarış-xilasetmə və hökumət missiyaları daxil olmaqla müxtəlif missiyalar üçün istifadə etmək mümkündür.

Mənbə: Khaleej Times

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri