Okt
2022
02:37
161
58
3246
Virtual karabakh

“Mercedes-Benz” ilk virtual konseptini təqdim etdi

2 Okt, 2022
02:37
3246

“Mercedes-Benz” ilk virtual konseptini təqdim etdi

Bir neçə ildir ki, məşhur qlobal e-idman turniri “League of Legends Esports” ilə əməkdaşlıq edən alman avtomobil istehsalçısı “Mercedes-Benz” çempionat üçün xüsusi olaraq yaradılmış konsept avtomobilini təqdim edib.

Yalnız virtual aləmdə mövcud olan adı açıqlanmayan model çoxsaylı AMG və “Maybach” avtomobilləri üzərində birbaşa işləmiş “Mercedes-Benz” qrupunun baş dizayneri Qordon Vaqerin rəhbərlik etdiyi rəssamlar tərəfindən yaradılıb.

“Qeyri-adi virtual şou avtomobili hazırlayarkən iki dünya birləşir - real avtomobil dizaynı və animasiya. Virtual dünya o deməkdir ki, biz sərhədləri aşa bilərik və yaradıcılıq mühitimizdə gözlənilməzliklərə yer verə bilərik. Nəticədə unikal bir nümunə - “Mercedes‑Benz”dən ilk tam virtual şou avtomobili ortaya çıxıb”, - deyə Qordon Vaqerin yeni məhsulu təqdim edərkən bildirib.

İstehsal perspektivi olmadığı üçün model haqqında ətraflı məlumat verilməyib.

Mənbə: motor.ru

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri