16 
Noy
2022
03:06
32
135
3948
Virtual karabakh

Rusiya sakini maşını satdıqdan sonra qaçırdı

16 Noy, 2022
03:06
3948

Rusiya sakini maşını satdıqdan sonra qaçırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Moskva şəhərində bir qadın BMW markalı avtomobilini satıb və bir gün sonra onu qaçırıb.

Avtomobilin satışı ilə bağlı elan alıcının qabağına “Telegram”da çıxıb. Orada 2021-ci il buraxılışlı “BMW 630d xDrive” 5 milyon rubla satışa qoyulub. Kişi satıcı qadın - 36 yaşlı Yekaterina İnozemtseva ilə görüşə gedib və alqı-satqı müqaviləsi bağlayıb.

Yeni sahibi BMW-ni Şukinodakı həyətində saxlayıb, ertəsi gün maşın oradan oğurlanıb. Kişi polisə müraciət edib. Avtomobili qaçıran şəxs tezliklə tapılıb, məlum olub ki, bu, onun satıcısıdır.

İnozemtseva cinayət ortaqları - tibb fakültəsinin tələbəsi olan bacısı və iki işsiz kişi tanışı ilə birlikdə hərəkət edib. Onların dördü də saxlanılıb, maşının axtarışı davam edir.

Mənbə: “Shot” “Telegram”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri