17 
Dek
2022
16:20
23
175
7669
yuxarı
Təyyarə sərnişinləri raket buraxılışının şahidi oldular - VİDEO
17 Dek, 2022
16:20
7669
23
175
Təyyarə sərnişinləri raket buraxılışının şahidi oldular - VİDEO
ABŞ-də Floridanın hava məkanından keçən təyyarənin sərnişinləri maraqlı hadisənin şahidi olublar.
Belə ki, onlar həmin vaxt Kanaveral burnundakı kosmodromdan “Falcon 9” daşıyıcı raketinin buraxılışının şahidi olublar.
Bununla bağlı yayılan kadrlarda sərnişinlərin həyəcanlı səsləri eşidilir.
Qeyd edək ki, buraxılış ABŞ-nin şərq sahili vaxtı ilə saat 17:48-də (Bakı vaxtı ilə 02:48) baş tutub. “SpaceX” şirkəti Lüksemburqun SES operatorunun sifarişi ilə iki rabitə peykini orbitə çıxarıb.
Mənbə: “Shot” “Telegram” kanalı
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək