İyn
2023
17:21
553
44
5639
Virtual karabakh

Dənizkənarı Bulvarda skuterlərin hərəkəti qadağan olunub - YENİLƏNİB + FOTO/VİDEO

2 İyn, 2023
17:21
5639

Dənizkənarı Bulvarda skuterlərin hərəkəti qadağan olunub - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gündən etibarən Dənizkənarı Bulvar ərazisində skuterlərin sürülməsi qadağan edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva məlumat verib.

O bildirib ki, qadağaya səbəb əhalidən daxil olan çoxsaylı şikayətlər olub:

“Şikayətlər nəzərə alınaraq skuterlərin bulvar ərazisində hərəkəti ilə bağlı müvəqqəti qadağa tətbiq edilir. Bu, dünya təcrübəsində də belədir. Qadağanın nə vaxt götürüləcəyi isə hələ məlum deyil. Məsələ müəyyən müddətdən sonra yenidən müzakirə edilə bilər”.

15:16

Bakıda avtomobil qəzalarının baş qəhrəmanlarına çevrilmiş “Toyota Prius”lardan sonra ikinci təhlükə skuterlərdir. Paytaxt sakinləri səkilərdə skuterlərin əlindən rahat gəzə bilmədiklərini deyirlər.

Əvvəllər isti havalarda insanlar velosipedlərə üstünlük verirdilərsə, son vaxtlar bunları skuterlər əvəz edir. Qənaətli, sərfəli nəqliyyat vasitəsi olan skuterlərin faydalı olduğu qədər, xoş olmayan tərəfləri də var. Yollarda avtomobillərə qəza şəraiti yaradan, piyada səkilərində isə insanları narahat edən skuterlərin hərəkəti necə tənzimlənməlidir? “Yol hərəkəti haqqında” Qanunda bu məqam tənzimlənirmi?

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib ki, skuterlərin idarə olunması ilə bağlı məqamlar qanunla tənzimlənir:

“Skuterlərin də mopedlərə oxşar xüsusiyyətləri olduğu üçün skuter sürənlər “Yol hərəkəti haqqında” Qanunun 46-cı maddəsində (velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblər) nəzərdə tutulduğu kimi vəzifə və hüquqlara sahibdirlər. Skuter sürən hər kəs nəzərdə tutulan qaydada, yolun sağ hissəsi ilə, bütün qaydaları icra etməklə bu qeyri-mexaniki vasitələri idarə edə bilər. Bu zaman dəbilqədən istifadə etməyən şəxslər 40 AZN, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə görə isə 20-100 AZN məbləğində cərimə ödəməli olacaqlar”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri