13 
Mar
2024
19:00
10
214
3664
Virtual karabakh

Sürücülərə XƏBƏRDARLIQ: Maşınların nömrələrini oğurlayıb pul tələb edirlər - VİDEO

13 Mar, 2024
19:00
3664

Sürücülərə XƏBƏRDARLIQ: Maşınların nömrələrini oğurlayıb pul tələb edirlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda kreativ oğurluq növü yaranıb: əvvəlcə oğurlayır, sonra isə pul qarşılığında qaytarırlar.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, şəxs iddia edir ki, gecə ilə “Volkswagen” markalı avtomobilinin üzərindəki 99-EB-100 dövlət nömrə nişanından biri oğurlanıb:

“Oğurluq edən şəxs maşının şüşəsinə Rusiyanın mobil operatorlarına aid nömrə yazıb. Nömrə ilə əlaqə saxlanılıb, oğurluğu edən şəxs nömrəni 600 manat qarşılığında qaytaracağını deyib. Ödənişi isə M10 vasitəsilə etməyi tələb edib. Deyib ki, yalnız ödənişdən sonra avtomobilin dövlət nömrə nişanının harada olduğu barədə məlumat verəcək”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələdən məlumatlıdırlar. Araşdırmanın nəticəsindən asılı olaraq əlavə məlumat veriləcək.

Həmin görüntüləri təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri