15 
Mar
2024
16:20
52
168
2608
Virtual karabakh

Azərbaycanda avtomobil istehsalı artıb

15 Mar, 2024
16:20
2608

Azərbaycanda avtomobil istehsalı artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 574 ədəd minik avtomobili, 149 ədəd isə yük avtomobili istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 25,9%, yük avtomobili istehsalı isə 33% artıb.

Qeyd edək ki, cari ilin mart ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 232 ədəd minik, 64 ədəd isə yük avtomobili təşkil edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri