31 
Mar
2024
04:51
110
15
4374
Virtual karabakh

“Volkswagen”in emblemi kenquruları qorxudacaq - FOTO/VİDEO

31 Mar, 2024
04:51
4374

“Volkswagen”in emblemi kenquruları qorxudacaq - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kenqurular Avstraliyanın ən tanınan simvollarından biridir. Lakin Yaşıl Qitənin sakinləri üçün bu heyvanlar yol təhlükəsizliyi üçün ciddi risk yaradır.

Bu günlərdə “Volkswagen” problemə qarşı humanist bir həll hazırlayıb. Alman markasının standart emblemini əvəz edən “RooBadge” cihazı eyni zamanda kenquru qovucusu kimi xidmət edir.

Melburn Universiteti və heyvanların rifahı ilə bağlı “WIRES” xeyriyyə təşkilatı ilə birlikdə alman avtomobil istehsalçısının hazırladığı cihaz kenquruları qorxudan səslər çıxarır.

Gözlənilir ki, heyvanlar belə qurğuya malik nəqliyyat vasitələrindən qaçacaqlar ki, bu da toqquşma ehtimalını xeyli azaldacaq. “RooBadge” hazırda sınaqdan keçirilir, lakin artıq “Volkswagen Amarok” pikapı üçün opsiya kimi təqdim edilir. Qeyri-adi sistem öz effektivliyini göstərərsə, onu brendin digər modelləri, eləcə də digər istehsalçıların avtomobilləri üçün aksesuar kimi təklif etməyi planlaşdırırlar.

Mənbə: motor.ru

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri