25 
Apr
2024
22:12
80
25
750
Virtual karabakh

Rifat Sultanzadə: “Azərbaycanın özəl şirkətləri Türkmənistana sərmayə qoymağa hazırdır” - FOTO

25 Apr, 2024
22:12
750

Rifat Sultanzadə: “Azərbaycanın özəl şirkətləri Türkmənistana sərmayə qoymağa hazırdır” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın özəl şirkətləri Türkmənistana sərmayə qoymağa hazırdır”.

Bunu “Caspian Logistics Solutions” (CLS) holdinq şirkətinin sədr müavini Rifat Sultanzadə Türkmənistanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsi üzrə Parisdə keçirilən forum (TEİF 2024) zamanı bildirib.

İş adamı tədbir çərçivəsində “Xəzər-Qara dəniz regionunun gələcəyi Türkmənistana investisiyalardan asılıdır” adlı təqdimatla çıxış edib:

“Bu gün Türkmənistan beynəlxalq əməkdaşlığın tanınan mərkəzi, əsası çox hörmətli Arxadağ Qurbanqulu Berdiməhəmmədov tərəfindən qoyulmuş və hazırda ölkə prezidenti çox hörmətli Sərdar Berdiməhəmmədovun rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən neytrallıq, sülhpərvərlik və açıq qapı siyasətinin əyani simvoludur. Türkmənistan uzun illərdir ki, regionda yenilikçi və müxtəlif beynəlxalq proqramların təşəbbüskarı kimi çıxış edib. Bu, ölkənin regionda iqtisadi, logistika və iqlim təşəbbüsləri üçün davamlı inkişaf proqramlarına verdiyi hədsiz töhfəni müəyyən edir”, - Rifat Sultanzadə çıxışında qeyd edib.

Yük axınlarının optimallaşdırılması məqsədilə regionda həyata keçirilən logistika layihələrindən danışan CLS-in sədr müavini Türkmənistan ərazisindən keçən yeni nəqliyyat marşrutlarının inkişafı üçün bir neçə variantın nəzərdən keçirilməsini təklif edib.

“Əfqanıstan və Pakistan ərazisindən keçən, o cümlədən İran vasitəsilə Azərbaycanın nəqliyyat layihəsi - Zəngəzur dəhlizinə qoşulmaqla yeni marşrutları nəzərdən keçirməyi təklif edirik. Təbii ki, İran nəqliyyat marşrutundan istifadə etmək üçün OFAC-ın icazəsi tələb olunacaq. Lakin bu marşrut, layihənin üç iştirakçı ölkəsi tərəfindən öz aralarında və OFAC tərəfindən təsdiqlənməsi halında, Orta Dəhlizdə yük axınının yüngülləşdirilməsinə və sabitləşməsinə kömək edəcək”, - deyə R. Sultanzadə bildirib.

O, həmçinin regionda logistika layihələrinə investisiya cəlb etmək üçün “Qara dəniz - Xəzər Logistika Fondu” logistik investisiya fondunun yaradılması üzərində işlədiklərini qeyd edib.

Türkmənistan hökumətinin ətraf mühit və iqlim layihələrinin inkişafı üzrə plan və strategiyasını nəzərə alan natiq, həmçinin holdinqin digər nümayəndəsi olan AZCHEMCO şirkətinin Türkmənistanın mineral gübrə istehsalçıları ilə əməkdaşlıqda maraqlı olduğunu və bu sahəyə sərmayə qoyduğunu bildirib.

Rifat Sultanzadə çıxışını dahi türkmən filosofu və şairi Məhtimqulu Fraqiyə həsr edilən şeirlə yekunlaşdırıb, daha sonra “Azərxalça”nın istehsalı olan Azərbaycan milli xalçasını Türkmənistan nümayəndə heyətinə təqdim edib.

Sessiyanın sonunda özəl şirkətlər - “Rysqally Zahmet I.P.” (Türkmənistanın) və AZCHEMCO (Azərbaycan) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Qeyd edək ki, TEİF 2024-ün əsas məqsədi Türkmənistanın energetika sənayesinin bütün seqmentlərinə, o cümlədən neft və qazın hasilatı, nəqli və emalı, bərpa olunan enerji mənbələrinin istehsalı, nəqliyyat, tikinti və s. sahələrinə birbaşa xarici investisiyaların cəlb edilməsi imkanlarını genişləndirməkdir.

Tədbir “Türkmənqaz” Dövlət Konserni, “Türkmənneft” və “Türkməngeologiya” tərəfindən “Türkmən Forum” və Böyük Britaniyanın “GaffneyCline” şirkəti ilə birgə təşkil olunur.

“Caspian Logistics Solutions” tədbirin brilliant sponsoru olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri