28 
Apr
2024
21:24
19
52
948
Virtual karabakh

İsDB-nin illik toplantısı çərçivəsində “COP29-a doğru” dəyirmi masada müzakirələr aparılıb - FOTO

28 Apr, 2024
21:24
948

İsDB-nin illik toplantısı çərçivəsində “COP29-a doğru” dəyirmi masada müzakirələr aparılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankının (İsDB) illik toplantısı çərçivəsində keçirilən “COP29-a doğru” dəyirmi masada müzakirələr aparıb.

Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov “X”dəki səhifəsində yazıb.

“İslam İnkişaf Bankının illik toplantısı çərçivəsində keçirilən “COP29-a doğru” dəyirmi masada iqlim dəyişikliyi ilə mübarizədə təşəbbüslərin prioritet istiqamətləri barədə müzakirələr apardıq:

- Yaşıl artım və Azərbaycanın dayanıqlı enerji potensialının reallaşdırılması sahəsində həyata keçirilən tədbirlər;

- Qlobal iqlim öhdəliklərini reallığa çevirmək üçün birgə fəaliyyətin təşviqi;

- Bərpa olunan enerji layihələri üçün mərkəzləşmiş maliyyələşmə mexanizmlərinin yaradılması”, - deyə nazir qeyd edib.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri