25 
Mar
2020
12:34
69
97
2889
Virtual karabakh

Azərbaycanda yeni rubrika: “Evdə qal, təbiəti seyr et” - VIDEO

25 Mar, 2020
12:34
2889

Azərbaycanda yeni rubrika: “Evdə qal, təbiəti seyr et” - VIDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gündən “Facebook” səhifəsində “Evdə qal, təbiəti seyr  et” (#evdəqaltəbiətiseyret) adlı rubrikaya start verir.  

Oxu.Az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, rubrikada Azərbaycanın əsrarəngiz təbiət gözəllikləri barədə məlumat veriləcək:

“Azərbaycanın zəngin təbiətini, milli parkların flora və fauna aləmini əks etdirən filmlər, süjetlər, çarxlar nümayiş etdiriləcək. “Evdə qal, təbiəti seyr et” rubrikasında həm də təbiət hadisələri barədə düşündürücü məlumatlar veriləcək. Eyni zamanda, ekoloji animasiyalar nümayiş etdiriləcək. 

Bölümdə ekologiyaya aid müxtəlif suallar, maraqlı faktlar yerləşdirməklə izləyicilərin ətraf mühit hadisələri ilə daha yaxından tanış olmaları, biliklərini genişləndirməsi üçün də şərait yaradılacaq”.

Nazirliyin sözçüsü izləyicilərdən də maraqlı təbiət görüntülərinin alınması və onların qiymətləndirilməsinin təşkil ediləcəyini bildirib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri