İyl
2020
15:38
101
629
17160
Virtual karabakh

Karantin rejiminin uzadılması qaçılmazdır - VİDEO

1 İyl, 2020
15:38
17160

Karantin rejiminin uzadılması qaçılmazdır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Azərbaycanda koronavirusla mübarizə çərçivəsində əsas vəzifə yoluxma hallarının artım dinamikasını dayandırmaq və bu sahədə müsbət tendensiyaya, yoluxma hallarının azalmasına nail olmaqdır.

Müşahidələr göstərir ki, karantin rejimi sərtləşdiriləndən sonra yeni yoluxma hallarında kəskin artım dinamikası dayanıb.

Ekspertlərin fikrincə, qaydaların sərtləşdirilməsi ilkin dövrlərdə də aparılıb və həmin vaxt müsbət nəticələr əldə edilib. Lakin bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda qaydaların yumşaldılması koronavirusla bağlı statistikanın təhlükəli qrafik üzrə artımına səbəb olub.

Yoluxma və ölüm hallarının artımı isə karantin rejiminin yenidən bərpası ilə nəticələnib.

Təcrübələrdən də göründüyü kimi, yeni yoluxmaların qarşısını almaq üçün yeganə sınaqdan çıxmış vasitə karantin və məhdudiyyətlərin tətbiq olunmasıdır. Bu mənada, cəmiyyətin xəstəliyə qarşı effektiv mübarizə üçün karantin və məhdudiyyətlərə, onun müddətinin uzadılmasına hazır olması lazımdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri