25 
Sen
2020
16:06
85
145
16422
Virtual karabakh

AQTA-dan toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA

25 Sen, 2020
16:06
16422

AQTA-dan toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Toylara icazə verilsə, bu, ən yüksək yoluxma riski olan sahələrdən biri olacaq. Bununla bağlı tənzimləyici normalar müəyyənləşdiriləcək, eyni zamanda müvafiq nəzarət tədbirləri həyata keçiriləcək”.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Facebook” səhifəsində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib.

Onun sözlərinə görə, əksər şadlıq sarayları restoran kimi fəaliyyət göstərir:

“Həmin ictimai iaşə obyektlərində toylar olmasa da, onlar vətəndaşlara restoran kimi xidmət göstərir. Biz pandemiya dövründə şadlıq sarayları ilə əlaqələr qurmuşuq. Kafesi, restoranı olan şadlıq sarayları nəzarət olunan məsələlərlə yaxından tanışdılar. Bu imkan verəcək ki, toylara icazə verildiyi halda şadlıq saraylarında həmin tələblər daha rahat yerinə yetirilsin. Çünki bununla bağlı metodiki təlimatlarımız da var”.

O qeyd edib ki, toylara icazə verilən zaman bütün şadlıq sarayları ilə əvvəlcədən hazırlanan metodiki göstəricilər və qərarlar üzrə maarifləndirmə tədbirləri keçirəcək.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri