23 
Okt
2020
09:30
601
43
5803
yuxarı
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQ + VİDEO
23 Okt, 2020
09:30
5803
601
43
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQ + VİDEO
Oktyabr ayının 24 və 25-də paytaxtda dezinfeksiya işləri aparılacaq.
Bu barədə Oxu.Az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.
Bildirilib ki, son günlərdə COVID-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq, kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək