Noy
2020
16:03
54
647
5567
Virtual karabakh

Bakıda koronavirus xəstəsi yaşadığı yeri icazəsiz tərk etdi

9 Noy, 2020
16:03
5567

Bakıda koronavirus xəstəsi yaşadığı yeri icazəsiz tərk etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhər sakini Azad Bağırova COVID-19 testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, lakin adıçəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb. 

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Azad Bağırovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri