27 
Noy
2023
21:42
16
153
2505
yuxarı
Azərbaycanda son bir həftədə 17 nəfər COVID-19-a yoluxub, beş nəfər ölüb - FOTO
27 Noy, 2023
21:42
2505
16
153
Azərbaycanda son bir həftədə 17 nəfər COVID-19-a yoluxub, beş nəfər ölüb - FOTO
Azərbaycanda son 1 həftə ərzində (20.11-26.11.2023) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 17 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 14 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan beş nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 834 152 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib. Onlardan 823 743 nəfər müalicə olunaraq sağalıb, hazırda 37 aktiv xəstə var. Bu günə qədər 10 372 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 942, bu günə qədər isə ümumilikdə 7 715 867 test icra olunub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək