Dek
2015
19:55
119
223
13919
Virtual karabakh

Natiq Kərimov sərbəst buraxılıb – YENİLƏNİB

9 Dek, 2015
19:55
13919

Natiq Kərimov sərbəst buraxılıb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onu Baş Prokurorluqda dindiriblər.

Nardaran sakini Natiq Kərimov sərbəst buraxılıb.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya N. Kərimov özü məlumat verib.
 
O qeyd edib ki, 6 saatdan çox Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər İdarəsində ifadə verib. İfadəsi Nardaranda baş verən hadisələrlə bağlı olub.
 
İstintaq sirri olduğu üçün o, ifadəsinin detallarını açıqlamayıb.
 
Qeyd edək ki, N. Kərimov bu gün Baş Prokurorluğa aparılıb.

13:31

Nardaran sakini Natiq Kərimovun saxlanılmasının səbəbləri məlum olub.

Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, N. Kərimov Nardaran hadisələri ilə bağlı ifadə vermək üçün Baş Prokurorluğa aparılıb.

13:16

Nardaran sakini Natiq Kərimov bu gün Nardaran qəsəbəsində qurulan postda saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya N. Kərimovun oğlu Kamran Kərimov məlumat verib.

O bildirib ki, atası həkimə gedərkən polis postunda saxlanılıb. Onun hara aparıldığı hələlik məlum deyib.

Digər sakinlər isə N. Kərimovun polis bölməsinə aparıldığını bildiriblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri