16 
Avq
2016
23:31
11
128
2551
Virtual karabakh

Azərbaycan vətəndaşı Ukraynada quldur hücumuna məruz qalıb

16 Avq, 2016
23:31
2551

Azərbaycan vətəndaşı Ukraynada quldur hücumuna məruz qalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Poltava Şəhər Məhkəməsi 55 yaşlı Azərbaycan vətəndaşına qarşı quldur hücumu etmiş 4 şəxsə dair ittiham aktını məhkəməyə göndərib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Poltava vilayəti prokurorluğunun mətbuat xidmətinə istinadən UNN məlumat yayıb.

Məlumata görə, iki qadın azərbaycanlının kirayə qaldığı evə gəlib. Sonradan onlardan biri mənzili müvəqqəti olaraq tərk edib və geri iki kişi ilə qayıdıb. 

Çağırılmamış qonaqlardan biri zərərçəkmişi döydüyü zaman, hadisənin digər iştirakçıları mənzili axtarmaqla məşğul olub. Mənzildən 100 ABŞ dolları, mobil telefon, dərman, geyim və zərərçəkmişin digər şəxsi əşyalarını götürən canilər, oranı tərk ediblər. Yekunda onlar hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.

Onların hamısı Ukrayna Cinayət Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsi üzrə, yəni qabaqcadan əlbir olaraq zorakılıq yolu ilə başqasının əmlakını mənimsəmək üçün hücum təşkil etməkdə ittiham olunurlar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri