26 
Avq
2016
12:26
56
179
15972
Virtual karabakh

Şəmkirdə ərinə sevgi mesajı yazan qadın qohumunu bıçaqladı – YENİLƏNİB

26 Avq, 2016
12:26
15972

Şəmkirdə ərinə sevgi mesajı yazan qadın qohumunu bıçaqladı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirdə qadın həmcinsi olan yaxın qohumunu bıçaqlayaraq xəstəxanalıq edib. 

Oxu.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Sarıtəpə kəndində baş verib.

28 yaşlı Günel Mirzəyeva şəxsi münasibətlər zəminində 25 yaşlı Məleykə Allahverənovanı bıçaqla yaralayıb. 

Xəsarət alan şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat edilib. Həkimlər tibb müəssisəsinin reanimasiya şöbəsində müalicəsini davam etdirən qadının vəziyyətini ağır qiymətləndirirlər.

Gunel Mirzəyeva polis tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. O, ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib. Qadın qohumu olan Məleykə Allahverənovanın həyat yoldaşı Ümidcan Həkimovun telefonuna yazdığı mesajı gördükdə əsəblərinə hakim çıxa bilməyib. Nəticədə Allahverənova ilə mübahisə yaranıb, sonda isə Günel qohumunu bıçaqlayıb.

Faktla bağlı cinayət işi üzrə araşdırma aparılır.

09:33

Şəmkirdə bıçaqlanma olub. 

Oxu.Az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. 

Kənd sakini, 1988-ci il təvəllüdlü Günel Mirzəyeva mübahisə zəminində həmkəndlisi, 1991-ci il təvəllüdlü Məleykə Allahverənovanı bıçaqlanmaqda şübhəli bilinir.

Zərərçəkmiş dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Əməliyyat edilən M.Allahverənovaın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri