7 
Yan
2017
11:15
65
165
8609
yuxarı
Sabirabad sakini qaynının qulağını dişi ilə qoparıb
7 Yan, 2017
11:15
8609
65
165
Sabirabad sakini qaynının qulağını dişi ilə qoparıb
Sabirabad rayon sakini qaynının qulağını dişləyərək qoparıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Moranlı kəndində baş verib. Həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Mirzəyev Camal Mirzağa oğlu qaynı - 1987-ci il təvəllüdlü Mirəliyev Xəqani Ağadadaş oğlunun qulağını dişi ilə qoparıb.
Münaqişəyə səbəb Xəqani Mirəliyevin kürəkəninin qardaşı, 1989-cı il təvəllüdlü Mirzəyev Cavad Mirzağa oğlunu döyməsi olub.
X.Mirəliyev qulaq seyvanının tam travmatik amputasiyası diaqnozu ilə əvvəlcə Salyan rayon xəstəxanasına, daha sonra Bakıda fəaliyyət göstərən xəstəxanalardan birinə çatdırılıb.
Faktla bağlı Sabirabad Polis Şöbəsində araşdırma aparılır.
E.Ə.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək