Bərdədə qardaş bacısını balta ilə öldürüb – YENİLƏNİB
Bərdədə qardaş bacısını balta ilə öldürüb – YENİLƏNİB
Bərdə rayonunda törədilmiş qətlin təfərrüatları məlum olub.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Bərdə şəhərinin Füzuli küçəsində yaşayan 21 yaşlı İbrahimli Hafiz Vaqif oğlunun özündən bir yaş kiçik bacısını qısqanclıq zəminində öldürdüyü məlum olub.
V.İbrahimli bildirib ki, bacısının haqqında xoşagəlməz söz-söhbətlər eşidib. O, daha əvvəl Leylanı bir neçə dəfə xəbərdar da etdiyini əlavə edib.
Dünən bacı-qardaş arasında növbəti dəfə münaqişə yaranıb və əsəblərinə hakim ola bilməyən Hafiz Leylanı baltalayaraq öldürüb. H.İbrahimli daha sonra polisə təslim olub.
Bildirilir ki, hadisə vaxtı ailə üzvləri də evdə olub və onlar qardaşın bacısını amansızlıqla öldürməsinə mane ola bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.
16.03.2017
Bərdə rayonunda qardaş bacısını balta ilə öldürüb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Füzuli küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini Hafiz Məmmədov bacısı, 21 yaşlı Leyla Məmmədovanın başından balta ilə bir neçə zərbə vuraraq öldürüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
E.Ə.