18 
Mar
2017
10:25
254
38
16877
Virtual karabakh

Hacıqabulda əməliyyat: “Baron” həbs olundu – VİDEO

18 Mar, 2017
10:25
16877

Hacıqabulda əməliyyat: “Baron” həbs olundu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabulda “Baron” ləqəbi ilə tanınan narkotik alverçisi saxlanılıb.

Oxu.Az XezerXeber.az-a istinadən məlumat verir ki, rayon Polis Şöbəsi tərəfindən rayon sakini, 57 yaşlı İbrahim Abasov narkotik maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulub. 

Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində onun üzərinə baxış keçirilən zaman 2 ədəd kibrit qutusuna qablaşdırılan 3 və 4 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Keçirilən tədbirin davamı olaraq onun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan bir kiloqramdan çox narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul Polis Şöbəsində araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri