21 
Apr
2017
10:31
12
143
1608
yuxarı
Bakıda yaşlı qadını avtomobil vurdu
21 Apr, 2017
10:31
1608
12
143
Bakıda yaşlı qadını avtomobil vurdu
Bakının Sabunçu rayonunda 72 yaşlı qadını avtomobil vurub.
Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə 1945-ci il təvəllüdlü Məmmədova Zərifə Məmmədalı qızı Bakıxanov qəsəbəsində stansiya ərazisində yolu keçmək istəyən zaman baş verib.
Qəzanı “10-VM-062” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü törədib və o, xəsarət alan qadını xəstəxanaya çatdırıb.
Faktla bağlı araşdırma aparılır.
Z.Q.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək