15 
Avq
2017
11:15
12
116
6664
Virtual karabakh

Qobustanda kütləvi dava: Ölən var

15 Avq, 2017
11:15
6664

Qobustanda kütləvi dava: Ölən var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qətl törədilib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb. Kafedə baş verən kütləvi davada Qismət Fərhad oğlu Məmmədli bıçaqlanaraq öldürülüb. Daha iki nəfər - Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Həyata keçirilən tədbirlər nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Amal Mahir oğlu Zülfüqarov tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.

Hazırda hadisənin digər iştirakçılarının olub-olmaması araşdırılır.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri