Sen
2017
12:33
130
129
4358
Virtual karabakh

Gəncədə qayınata kürəkənini taxta ilə döydü

9 Sen, 2017
12:33
4358

Gəncədə qayınata kürəkənini taxta ilə döydü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində qayınata ilə kürəkən arasında mübahisə cinayətlə nəticələnib.

Oxu.Az Teleqraf.com-a istinadla xəbər verir ki, 1981-ci il təvəllüdlü, Gəncə şəhər sakini Tural Quliyev qayınatası ilə mübahisə edib.

Mübahisə zamanı qayınata kürəkənini taxta parçası ilə döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Tural Quliyev aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Tural Quliyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisədən əvvəl Tural Quliyevlə arvadı mübahisə edib. Mübahisəyə Turalın qayınatası müdaxilə edib. Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri