11 
Sen
2017
08:58
29
96
3048
yuxarı
Lənkəranda toyda kütləvi dava oldu, xəsarət alanlar var
11 Sen, 2017
08:58
3048
29
96
Lənkəranda toyda kütləvi dava oldu, xəsarət alanlar var
Lənkəranda toyda baş verən kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.
Oxu.Az-ın APA-ya istinadla verdiyi məlumata görə, toyda Verəvəl kənd sakini Hamil Hüseynverdi oğlu Mirzəyevlə həmkəndlisi, 1987-ci il təvəllüdlü Rasif Ağayar oğlu Məmmədov arasında mübahisə yaranıb.
Nəticədə H.Mirzəyev əlindəki şüşə butulka ilə R.Məmmədovun baş nahiyyəsinə ağır zərbə endirib. Bundan sonra baş verən kütləvi dava nəticəsində H.Mirzəyevə də xəsarət yetirilib. Həmçinin hadisə nəticəsində R.Məmmədovun anası yüngül xəsarət alıb. Insidentlə əlaqədar bir neçə şəxs saxlanılaraq polis şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
A.S.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək