22 
Sen
2017
11:47
134
60
12045
Virtual karabakh

Ukraynada azərbaycanlı kriminal avtoritetlər saxlanılıb - FOTO

22 Sen, 2017
11:47
12045

Ukraynada azərbaycanlı kriminal avtoritetlər saxlanılıb - FOTO

Ukrayna Milli Polisinin əməkdaşları Kirovoqrad vilayətində kriminal avtoritetlərin toplaşdığı "Şaşlıçnıy" kafe-restoranında reyd keçiriblər.

Oxu.Az-ın Report-a istinadən istinadən verdiyi məlumata görə, əməliyyat zamanı Mərkəzi Ukraynanın, xüsusilə Kirovoqrad, Dnepropetrovsk və Nikolayev vilayətlərinin 27 kriminal avtoriteti saxlanılıb.

Görüşün məqsədi həmin şəxslər arasında təsir dairələrinin bölüşdürülmə məsələsinin həlli olub. Saxlanılanların üzərindən bir neçə ədəd odlu silah, o cümlədən, iki avtomat, qumbara götürülüb.

Saxlanılanlar arasında Azərbaycan əsilli Nəcəb Əhmədov, Əkbər Zeynalov, Şükür Hümmətov və başqaları var.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri