11 
Okt
2017
09:29
28
113
6619
Virtual karabakh

“Sədərək”də oğru kameraya düşdü – VİDEO

11 Okt, 2017
09:29
6619

“Sədərək”də oğru kameraya düşdü – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sədərək” ticarət mərkəzində yerləşən mağazalardan birində oğurluq hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, insident ticarət mərkəzindəki qab-qacaq satılan mağazada qeydə alınıb.

Mağaza sahibi nəzarət kameralarının köməyi ilə müəyyən edib ki, satılan əşyaların qiyməti ilə maraqlanan naməlum daimi müştərilərdən biri satıcının bayıra çıxmasından istifadə edərək, içərisində xeyli miqdarda vəsait olan pul kisəsini götürüb. 

Mağazanı tərk edən naməlum şəxs bir neçə dəqiqədən sonra yenidən mağazaya qayıdıb və götürdüyü pul kisəsini yerinə qoyub.

Zərərçəkən hadisədən iş vaxtı başa çatandan sonra xəbər tutub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri