20 
Noy
2017
22:14
18
480
11296
Virtual karabakh

Rusiyada azərbaycanlı tələbə vəhşicəsinə döyülüb – FOTO

20 Noy, 2017
22:14
11296

Rusiyada azərbaycanlı tələbə vəhşicəsinə döyülüb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Perm şəhərində azərbaycanlı tələbə naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə APA-nın Rusiya bürosuna Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib. O, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlunun naməlum şəxslər tərəfindən vəhşicəsinə döyüldüyünü söyləyib.

Diaspor sədri Azərbaycan vətəndaşı olan Hüseynin hazırda reanimasiyaya yerləşdirildiyini , vəziyyətinin çox ağır və huşunun yerində olmadığını bildirib.

Ç. İsayev diasporun öz gücü ilə Bakıdan təhsil almaq üçün Permə gələn azərbaycanlı tələbəyə yardım göstərməyə çalışdığını vurğulayıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri