21 
Noy
2017
11:06
14
203
6912
Virtual karabakh

Bakıda qəbiristanlıqda doğranmış meyit tapıldı

21 Noy, 2017
11:06
6912

Bakıda qəbiristanlıqda doğranmış meyit tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda doğranmış halda meyiti aşkar edilmiş şəxs dəfn olunub.

Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki su kanalında aşkar edilən hissələrə parçalanmış kişi meyitinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Meyit Hövsan qəsəbəsi ərazisindəki kimsəsizlər qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki su kanalında hissələrə parçalanmış naməlum kişi meyiti aşkar edilib. Meyitin başı, əlləri və ayaqları bir neçə gün sonra tapılıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri