13 
Dek
2017
12:44
205
102
25573
Virtual karabakh

Məhkəmə Fədayə Laçınla bağlı qərar verdi – YENİLƏNİB

13 Dek, 2017
12:44
25573

Məhkəmə Fədayə Laçınla bağlı qərar verdi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi Rayon Məhkəməsində məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclas Fədayə Laçının iştirakı ilə baş tutub.

İclasda qərar qəbul edilib. Qərara görə, vəsatət təmin edilməyib.

***

12:24

Bu gün Nəsimi Rayon Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının müraciəti üzrə məhkəmə başlayıb.

Oxu.Az xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə Fədayə Laçının özü də iştirak edir.

F.Laçın, barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri