22 
Yan
2018
13:32
305
26
7853
Virtual karabakh

Bakı metrosunda qadınlara qənim kəsilən keçmiş məhkum tutuldu

22 Yan, 2018
13:32
7853

Bakı metrosunda qadınlara qənim kəsilən keçmiş məhkum tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Babayeva yanvarın 17-də metronun “Gənclik” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayət əməlini törədən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Kudaybirqanov olması məlum olub.

Aparılan tədbirlərlə onun yanvarın 19-da metronun “28 May” stansiyasında daha bir qadının cibindən mobil telefonunu oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri