16 
Fev
2018
16:49
151
34
5183
Virtual karabakh

Xırdalanda silahla adam öldürən beş nəfərin məhkəməsi başlayıb – FOTO

16 Fev, 2018
16:49
5183

Xırdalanda silahla adam öldürən beş nəfərin məhkəməsi başlayıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun CM-nin 120.2.1 (qəsdən adam öldürmə, qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, ötən il martın 30-na keçən gecə Abşeron rayonunda bir neçə nəfərin iştirakı ilə silahlı insident baş verib.

Hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində törədilib, insident nəticəsində Valeh Nəcəfov (1970-cı il təv.) baş nahiyyəsindən güllələnərək, qətlə yetirilib.

Qarın və qol nahiyyələrindən odlu silah xəsarətləri alan Qəbələ rayon sakini Xəyal Paşayev (1985-ci il təv.) Kliniki Tibbi Mərkəzə çatdırılıb və üzərində cərrahi əməliyyat aparılıb. 

Hadisə yerinə Abşeron RPİ və rayon prokurorluğunun əməkdaşları cəlb olunub. Müayinə zamanı ölən şəxsin əlində “Makarov” markalı tapança, həmçinin yerdə yeddi giliz aşkar edilərək maddi sübut kimi götürülüb.

Keçirilmiş əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində şübhəli şəxs qisminə Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov saxlanılıblar. 

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

İş üzrə baxış fevralın 23-nə təyin edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri