17 
Fev
2018
09:51
50
489
25284
Virtual karabakh

Bakıda qadın qadını balta ilə doğrayıb zibilliyə atdı – TƏFƏRRÜAT

17 Fev, 2018
09:51
25284

Bakıda qadın qadını balta ilə doğrayıb zibilliyə atdı – TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 16-da saat 9:00 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş qadın meyiti tapılıb.

DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması müəyyən edilib.

Qadın fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri