20 
Fev
2018
17:32
168
68
2578
Virtual karabakh

Azərbaycanda 21 əcnəbi saxlanılıb

20 Fev, 2018
17:32
2578

Azərbaycanda 21 əcnəbi saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.

DMX-dan Oxu.Az-a verilən məlumatda bildirilir ki, 16-19 fevral 2018-ci il tarixlərdə keçirilmiş növbəti tədbirlər zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək müvafiq yaşama icazələri almış, lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları aşkar edilmiş 11 nəfər Pakistan İslam Respublikası, altı nəfər Banqladeş və dörd nəfər Hindistan vətəndaşı saxlanılıb.

Həmin şəxslər gəlişlərinin bəyan edilmiş məqsədlərini pozduqları üçün Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdiriliblər.

Hazırda onların ölkədən çıxarılmaları istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri