13 
Mar
2018
23:09
33
231
29351
Virtual karabakh

Bakıda qız ehtiyatsızlıqdan “harakiri” etdi

13 Mar, 2018
23:09
29351

Bakıda qız ehtiyatsızlıqdan “harakiri” etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi rayon polis idarəsinin əməkdaşları gənc qızın naməlum şəraitdə kəsici-deşici bıçaq xəsarəti alması faktını araşdırır.

Oxu.Az-a 19-cu polis bölməsindən verilən məlumata görə, martın 12-də 01:00 radələrində  mərkəzi xəstəxanaya  qarın nayihəsində ağır bıçaq yarası ilə 1984-cü il təvəllüdlü Günel Mustafayeva daxil olub

Gənc qızın verdiyi ifadəyə görə, mənzilin mətbəxində bıçaqla ehtiyatsız davranması nəticəsində özünə xəsarət yetirib.

Ancaq polis əməkdaşları onun sözlərinə inanmır və zərərçəkənin bununla ona ağır bədən xəsarəti yetirmiş şəxsi cinayət məsuliyyətdən yayındırmağa çalışdığını hesab edir.

Faktla bağlı araşdırma davam edir.

Ülvi Kərimov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri