20 
Apr
2018
10:30
29
111
6301
Virtual karabakh

Onuncu sinif şagirdinə hökm oxundu

20 Apr, 2018
10:30
6301

Onuncu sinif şagirdinə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Samir Fətullazadənin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, Yeni Günəşlidə yerləşən 282 №-li orta məktəbdə X sinif şagirdi Samir Fətullazadə və VIII sinif şagirdi Rahib Babayev arasında münaqişə yaşanıb. 

Münaqişə nəticəsində Samir Fətullazadə 14 yaşlı Rahib Babayevə bıçaqla xəsarət yetirib.

Xəstəxanaya çatdırılan zərərçəkmişin həyatını xilas etmək mümkün olub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində iki il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri