15 
May
2018
10:58
15
51
1707
Virtual karabakh

Baş redaktor məhkəmə qarşısında - FOTO

15 May, 2018
10:58
1707

Baş redaktor məhkəmə qarşısında - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində “İrəvan Press”  qəzetinin baş redaktoru Azər Abbasovun CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, ötən ilin iyun ayında Bakı və regionlardan daxil olmuş ərizələrə əsasən, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalar nəticəsində “İrəvan Press”  qəzetinin və informasiya saytının baş redaktoru Azər Abbasov xidmətə dəvət olunaraq, hədə-qorxu yolu ilə tələb etmə cinayət əməlində ittiham olunaraq saxlanılıb. 

Onun barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib. 

İttiham aktına əsasən, A.Abbasov vətəndaşlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir.  

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış mayın 18-nə təyin edilib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri