16 
May
2018
19:38
163
32
6202
Virtual karabakh

Prokuror sabiq polis polkovnikinə 7 il cəza istəyib

16 May, 2018
19:38
6202

Prokuror sabiq polis polkovnikinə 7 il cəza istəyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində DİN-nin Su Nəqliyyatında Polis İdarəsinin polis polkovniki Fərhad Məmmədxanovun CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. 

Oxu.Az-ın məlumata görə, Fərhad Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Onun barəsində həbs-qətimkan tədbiri seçilib. 

İttihama görə, Məmmədxanov vətəndaş Eldar Hənifəyevdən, işə düzəltmək adı ilə 185.000 manat pul alaraq, dələduzluq edib. İstintaq dövründə o həmin məbləğdən 35.000 manat pulu zərərçəkmişə qaytarıb. 

Qeyd edək ki, F. Məmmədxanovun DİN-də xidmət etdiyi müddətdə son rütbəsi polis polkovnik-leytenantı olub. O, ötən il iyunun 16-da barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə əsasən xidmətdən xaric olunub. 

Bu gün keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib, o məhkəmədən təqsirləndirilən şəxsə 7 il cəza təyin edilməsini xahiş edib. 

Növbəti proses mayın 18-nə təyin edilib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri