21 
May
2018
13:28
24
559
27238
Virtual karabakh

Azərbaycanlı iş adamı arvadını başqa kişiyə satdı - İDDİA + FOTO + VİDEO

21 May, 2018
13:28
27238

Azərbaycanlı iş adamı arvadını başqa kişiyə satdı - İDDİA + FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə həyat yoldaşını fahişəliyə məcbur edən azərbaycanlı iş adamı saxlanılıb.

Oxu.Az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, 34 yaşlı A.Elmir 30 yaşlı Sevinc Kərimovanı fahişəliyə məcbur etməkdə şübhəli bilinir.

Cütlük beş il evli olub. Qadının sözlərinə əsasən, əri tərəfindən daima döyüldüyünə görə o, boşanmaq qərarı verib.

A.Elmir həyat yoldaşını döydüyü üçün bir il müddətinə azadlıqdan məhrum edilib. Azadlığa çıxandan sonra kişi keçmiş arvadına barışmağı təklif edib. O, onun və iki azyaşlı övladının qayğısına qalmağa söz verib. Sonradan cütlük uşaqlarla birlikdə Antalyaya köçüb.

Qadının sözlərinə əsasən, Antalyada keçmiş əri onu fahişəliyə məcbur etmək istəyib və evə özgə kişini gətirib.

“Bir gün ərim dedi ki, axşam qonağımız olacaq. O, yad kişi ilə birlikdə evə gəldi. Tanımadığım kişinin evdə alt paltarda gəzdiyini və mənə baxdığını görəndə, uşaqları götürüb otağa keçdim və qapını bağladım”, - S.Kərimova danışır. 

Otaqda qalan qadın cinsi təcavüzdən canını qurtarıb, lakin bunun əvəzinə, keçmiş əri tərəfindən vəhşicəsinə döyülüb.

“Bir müddət sonra ərim evə qayıtdı. O, çox hirsli idi. Əlimdən tutaraq məni çarpayıya itələdi və yumruqları ilə döyməyə başladı .O, uşaqların gözü qarşısında məni 11-ci mərtəbədən atmaq istədi”, - qadın deyir.

Qadın ərinin əlindən xilas ola bilib və dərhal polisə zəng edib.

Araşdırmalardan sonra məlum olub, A.Elmir Azərbaycan əsilli Türkiyə vətəndaşı, reklam agentliyinin sahibi ilə evlidir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri