22 
May
2018
11:29
40
130
4200
Virtual karabakh

Rövşən Lənkəranskinin tərəfdarına hökm oxundu

22 May, 2018
11:29
4200

Rövşən Lənkəranskinin tərəfdarına hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Bəhruz Əsgərovun CM-nin 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədilə əldə etmə və saxlama) maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, Bəhruz Əsgərov Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb və istintaqa təqdim edilib. 

Məhkəmə prosesində B.Əsgərov ittiham üzrə özünü təqsirli bilməyib və aşkar edilən narkotik maddənin ona məxsus olmadığını qeyd deyib. Dövlət ittihamçısı isə çıxışında bildirib ki, məhkəmə istintaqında onun təqsiri sübuta yetirilib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs altı il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Qeyd edək ki, Bəhruz Əsgərovun Rövşən Lənkəranski ləqəbilə tanınan məşhur kriminal avtoritet Rövşən Canıyevin tərəfdarı olduğu bildirilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri