23 
May
2018
13:25
153
29
3498
Virtual karabakh

Oğuzda silahlı şəxslər saxlanılıb

23 May, 2018
13:25
3498

Oğuzda silahlı şəxslər saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğuz rayonunda silahlı şəxslər saxlanılıb. 

DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinə 2 nəfər silahlı şəxsin meşəyə tərəf getdiyi barədə məlumat daxil olub. Dərhal görülmüş tədbirlərlə həmin şəxslər Ərmənət kəndi ərazisində polis və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar. 

Araşdırmalarla onların həmin kənd sakinləri Səbuhi Həkimov və Müşfiq Dadaşov olduqları müəyyən edilib. S.Həkimovdan İJ” markalı ov tüfəngi və 5 ədəd patron, M.Dadaşovdan isə “Tula” markalı ov tüfəngi və 15 ədəd patron götürülüb.

Oğuz RPŞ-də araşdırma aparılır. 

Elvin Paşazadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri