24 
May
2018
11:59
229
32
7418
Virtual karabakh

Gömrükdə əməliyyat: 500 kiloqram heroin aşkarlandı - FOTO + VİDEO

24 May, 2018
11:59
7418

Gömrükdə əməliyyat: 500 kiloqram heroin aşkarlandı - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran İslam Respublikasından Azərbaycan ərazisinə daxil olan yük avtomobili Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən risk analizləri nəticəsində saxlanılıb və yoxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, rentgen qurğusundan keçirilərkən həmin avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə olunub. 

Kinoloji xidmət itinin tətbiqi ilə təkrar baxış zamanı isə xidməti it qoşqudakı dörd paletə reaksiya verib. Daha sonra həmin paletlər açılıb və ümumilikdə 515 kq narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri