24 
May
2018
12:04
266
39
3709
Virtual karabakh

Azərbaycan polisi narkotik maddələrə müharibə elan etdi

24 May, 2018
12:04
3709

Azərbaycan polisi narkotik maddələrə müharibə elan etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.

Bu haqda Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Narkotik maddələrə qarşı əməliyyatlar Biləsuvar, Balakən, İmişli, Bərdə, Göyçay rayonlarında keçirilib.

Polis qeyd olunan rayonlarda ümumi çəkisi 79 kiloqram müxtəlif növ narkotik vasitə, o cümlədən 61 kiloqramdan artıq marixuana, 17 kiloqrama yaxın tiryək və 300 qrama yaxın heroin aşkarlayıb. 

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. 

Faktlarla bağlı cinayəti işləri başlanılıb. 

Elvin Paşazadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri