25 
May
2018
17:47
37
545
5455
Virtual karabakh

Akif Çovdarov bəraət istəyib

25 May, 2018
17:47
5455

Akif Çovdarov bəraət istəyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, həmin idarənin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev və nazirliyin şöbə rəisi olmuş Orxan Osmanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, prosesdə çıxış edən təqsirləndirilən Akif Çovdarov hakimlərdən bəraət hökmünün çıxarılmasını xahiş edib. 

Çıxış edən prokuror apellyasiya şikayətlərinin təmin olunmamasını və cəzaların qüvvəsində saxlanılmasını istəyib. 

Məhkəmə müşavirəyə yollanıb

Növbəti proses mayın 29-nə təyin olunub.

Xatırladaq ki, ötən il Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, S. Məmmədov 11, A.Əliyev 5 və O.Osmanov 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

Məhkəmə Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndərilməsi barədə xüsusi qərar çıxarıb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslərə məxsus ümumilikdə 33.466.000 manat dəyərində əmlak və pul vəsaitlərinin üzərlərinə həbslər qoyulub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri